ECAR layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib 

ECAR layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib 

13 iyul 2021-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib.
Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə tədbirdə layihə meneceri İlahə Qurbanova təmsil edib. Görüşün məqsədinə uyğun olaraq öncəliklə layihə menecerlərinin tanışlığı olub.
Daha sonra layihənin iş planına uyğun olaraq  nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.
Qeyd edək ki, bu layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

75 dəfə oxunub