Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə Bakıda təlim keçirilib

Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə Bakıda təlim keçirilib

Əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru tərəfindən Bakıda təlim keçirilib 
Təhsil Nazirliyinin “Ali təhsilə cəlb olunmuş əcnəbi vətəndaşların sayının artırılması” fəaliyyət planının 1.13.-cü bəndinə əsasən əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili məqsədilə ali təhsil müəssisələrinin fəaliyyət planlarının formalaşmasının təşviqi nəzərdə tutulur. Bu kontekstdə Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru tərəfindən 14.07.2021-ci il tarixində ATM-lərin əcnəbilərin qəbulu ilə məşğul olan əməkdaşları üçün ATM saytı, marketinq, reytinq, təhsil sərgiləri və portalları üzrə Bakı şəhərində təlim keçirilib. İnteraktiv şəkildə keçirilmiş tədbirdə universiteti Elm və xarici əlaqələr mərkəzinin əcnəbilərin hazırlığı üzrə mütəxəssisi İlahə Qurbanova təmsil edib.

74 dəfə oxunub