Magistr qəbulunda artım var

Azərbaycan Texnologiya Universitetinə magistratura üzrə 120 plan yerinə 80 nəfər qəbul olub. Bu qəbulun 67%-ni təşkil edir. Dövlət sifarişi əsasında qəbul olanların sayı 8-dir.

UTECA-nı seçənlər arasında 112 balla ən yüksək göstərici olan G.N.Rzayevadır. O universitetimizdə kompyuter mühəndisliyi ixtisasına daha dərindən yiyələnəcək.

Ümumiyyətlə UTECA-ya magistr pilləsinə qəbul göstəricisində ildən-ilə artım müşahidə olunur - 2017-ci ildə 48 nəfər, 2018-ci ildə 60 nəfər, 2019-cu ildə isə 80 nəfər (I tur).

Magistraturaya qəbul olanların qeydiyyat tarixi 27.06.2019 – 10.07.2019 tarixlərində aparılacaq. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı aşağıdakı kimidir:

✓ Bakalavr diplomu (cari ilin məzunları üçün universiteti bitirmək haqqında arayış)
✓ Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd)
✓ Hərbi mükəlləfiyyət haqqında sənəd (hərbi bilet, yaxud “İlkin hərbi qeydiyyata alınma haqqında” vəsiqə)
✓ 3 x 4 ölçüdə fotoşəkil (4 ədəd)
✓ Ödənişli təhsilə qəbul olanlar üçün ödəniş qəbzi (Kapital Bank)
✓ Şəxsi kabinetin login, parolu və iş nömrəsi
✓ Qovluq

Ünvan: Ş.İ.Xətai prospekti 103
Əlaqə: 050 246 07 40 Gülnaz Əsgərova (qeydiyyat üçün məsul şəxs)

Boş qalan yerlər üçün II tur ixtisas seçimi 23.07.2019 - 30.07.2019 tarixlərində aparılacaq.

Bütün magistr adı qazananları təbrik edir, onlara təhsilin bu pilləsində uğurlar arzulayırıq!

97 dəfə oxunub