UTECA tələbəsi Gənc Liderlər Proqramında

AzərbaycanTexnologiya Universitetinin 3-cü kurs tələbəsiİsmayıl Qaçaylı “Heydər Əliyevsiyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak edir. Layihəninilk günündə Gənc liderlər məktəbinin üzvləri mədəniyyət naziri Əbülfəs Qarayevləgörüşüblər. "Heydər Əliyev və mədəniyyət" mövzusunahəsr edilən görüşdə nazir ümummilli lider Heydər Əliyevingənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, 25 il əvvəl Ulu öndəronu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənckadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarınıtəəccübləndirmişdi. Əbülfəs Qarayev çıxışında Mədəniyyət Nazirliyinin gənclərsiyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzəçıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verilib. Vurğulayıb ki,gənclik cəmiyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasiryanaşmalarından səmərəli istifadə etmək lazımdır. Nazir gənc liderlərətövsiyələrini verib. Görüş gənclərin ünvanladığı suallara cavablar vəmüzakirələrlə davam edib.

Sonda xatirə şəkliçəkdirilib.

50 gənci bir araya gətirənlayihə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyimünasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən,  Prezident İlham Əliyevin sərəncamıyla təsdiqedilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının TədbirlərPlanının icrası çərçivəsində reallaşır.

Proqramın əsas məqsədiÜmummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasındageniş təbliği, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsiilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Proqramda müsahibə əsasındaseçilmiş, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlıolan,  təşkilatçılıq, ünsiyyət və əlaqəqurmaq, komanda ilə iş bacarığına, geniş dünya görüşünə malik, yerli və beynəlxalqgənclər tədbirlərində təmsil olunma kimi bir sıra meyarlara cavab verən 18-25 yaşarası ictimai fəallar iştirak edirlər. İsmayıl Qaçaylı layihəyə Cəncə şəhərindənseçilmiş yeganə gəncdir.



2 dəfə oxunub