Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminar keçirilib

 Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminar keçirilib

“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin fəaliyyət planına uyğun növbəti seminarı keçirilib

10 sentyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsi çərçivəsində WP1 üzrə növbəti seminar keçirilib.

Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə meneceri İlahə Qurbanova, layihənin Keyfiyyət üzrə işçi qrupunun rəhbəri Ülviyyə Məmmədova iştirak ediblər.

İnteraktiv və onlayn şəkildə keçirilən seminarda layihənin iş paketi 1 WP1üzrə görülmüş işlərin nəticələri geniş müzakirə edilib, bununla bağlı avropalı ekspertin hesabatı əsasında təkmilləşdirilməyə ehtiyac duyulan bölmələr üzrə müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iş paketi 1 üzrə layihənin əsas hədəf qrupu olan rektor və prorektorlarla müsahibələrin təşkili məsələsi iştirakçıların müzakirəsinə təqdim olunub, nəticədə təklif və tövsiyyələr nəzərə alınmaqla, layihənin fəaliyyət planına uyğun müvafiq tapşırıqlar verilib.

2 dəfə oxunub