UTECA Cənubi Koreyanın Honam Universiteti ilə yeni layihənin icrasına başlayır

UTECA Cənubi Koreyanın Honam Universiteti ilə yeni layihənin icrasına başlayır

Azərbaycan Texnologiya Universiteti (UTECA) Cənubi Koreyanın Honam Universiteti ilə əməkdaşlıq çərçivəsində Koreya Fondu tərəfindən maliyyələşdirilən KF Global E-School layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində UTECA tələbələri Honam Universitetinin LMS sistemində dərslərə qoşulacaqlar.

Honam Universiteti tərəfindən bununla bağlı 3 günlük seminar keçirilib və layihə haqqında geniş məlumat verilib. Layihə çərçivəsində UTECA tələbələrinə Honam Universitetinin sistemində Koreya dili dərslərinə qoşulmaq üçün fərdi iş nömrəsi və parol veriləcək və tələbələr universitetin LMS sistemindən Honam Universiteti tələbələri ilə eynihüququlu şəkildə istifadə edə biləcəklər.

Qeyd edək ki, bu imkanlar Azərbaycan Texnologiya Universitetində turizm sahəsində təhsil alan və xarici dil kimi Koreya dilini seçmiş tələbələr üçün nəzərdə tutulub.

2 dəfə oxunub