Azərbaycan Texnologiya Universitetində şəhid məzuna həsr edilmiş kitab təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetində şəhid məzuna həsr edilmiş kitab təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetinin şəhid məzunu Kərim Əhmədəliyevə həsr edilmiş “Mənim Qəhrəmanım Kərim Əhmədəliyev” adlı kitabın təqdimatı olub. İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin bacısı Günay Əhmədəliyeva, müəllimi və kitabın müəllifi Ülviyyə Əliyeva, universitet rəhbərliyi, müəllimləri və tələbə yoldaşları iştirak ediblər.

Universitetin şəhid tələbə və məzunları abidəsi ziyarət edildikdən sonra fakültə foyesində Kərimin xatirə guşəsi ətrafına toplaşanlar Vətən uğrunda canından keçənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan oğullarının şücaətindən danışıb, Kərimlə bağlı xatirələrini bölüşüb, universitetin şəhid məzun və tələbələri ilə fəxr etdiklərini bildiriblər.

Daha sonra şəhidin Azərbaycan dili üzrə hazırlıq müəllimi Günay Əhmədəliyeva müəllifi olduğu “Mənim Qəhrəmanım Kərim Əhmədəliyev” kitabını universitet kollektivinə təqdim edib.

Azərbaycan Texnologiya Universitetinin menecment ixtisasının 2020-ci il məzunu olan Kərəm Əhmədəliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

2 dəfə oxunub