Nəqliyyatın logistikası ixtisaslaşmasında magistr hazırlığı həyata keçiriləcək

ERASMUS+ CRENG “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” layihəsi çərçivəsində magistratura səviyyəsində yeni tədris planının formalaşdırılması üçün Azərbaycan Texnologiya Universiteti (UTECA), Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) mütəxəssisləri birgə görüş keçiriblər.

Görüşdə indiyədək layihə çərçivəsində görülən işlər müzakirə edilib, magistratura səviyyəsində “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili” ixtisası üzrə Nəqliyyatın logistikası ixtisaslaşmasında magistr hazırlığının həyata keçirilməsi qərara alınıb. Bundan başqa tədris planında nəzərdə tutulan fənlər və onların məzmunu müzakirə edilərək ilkin razılıq əldə edilib.

3 dəfə oxunub