ECAR Erasmus+ layihəsinin Fransalı tərəfdaşının təşkilatçılığı ilə təlimlər davam edir

ECAR Erasmus+ layihəsinin Fransadan olan tərəfdaşı CPU (Fransa Rektorlar Konfransı) təşkilatçılığı ilə bir həftəlik təlimlər davam edir

22-26 noyabr 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində Avropa Rektorlar Konfransının təcrübələrinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanılıb. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb.

Komissiyanın ilk səfəri 22-26 noyabr tarixlərində Fransada keçirilməkdədir. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdalığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır. Səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər nəzərdə tutulur.

Təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev təmsil edirlər.

67 dəfə oxunub