UTECA- nın texniki işçiləri üçün əməyin təhlükəsizliyi təlimi keçirilib

Azərbaycan Texnologiya Universitetinin texniki işçiləri üçün əməyin təhlükəsizliyi və texniki təhlükəsizliklə bağlı təlim keçirilib.

Təlimdə məruzəçi qismində “PASHA Holding”in Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə mütəxəssisi Elmir Rzayev çıxış edib. O, iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması üçün lazım olan texniki və nəzəri bilikləri, beynəlxalq standartları dinləyicilərin nəzərinə çatdırıb.

Təlim zamanı elektriklər, qazanxana işçiləri iş zamanı əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi üsulları, fərdi mühafizə vasitələrindən istifadə barədə məlumatlandırılıblar. Təlim zamanı SƏTƏM mütəxəssisi yanğın təhlükəsizliyi, fövqəladə hallar zamanı təxliyyə qaydaları kimi SƏTƏM sahəsində aktual olan bir sıra mövzulardan da bəhs edib.

206 dəfə oxunub