Universitet-sənaye əlaqələri Komisiyasının iclası keçirilib

Universitet-sənaye əlaqələri Komisiyasının iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın qərarı ilə yaradılmış Universitet-sənaye əlaqələri Komisiyasının iclası keçirilib.

Komisiya üzvləri iclasda Azərbaycan Texnologiya Universitetinin əməkdaşlıq etdiyi müəssisələrlə görüləcək işləri nəzərdən keçirib, bu istiqamətdə perpektiv məsələlərdən danışıblar. Müştəriyə Yönəlmə Proqramının davamı olaraq müasir tələblərə cavab verən müəssisələrlə əlaqələr siyahısının genişləndirilməsi, tələbələr üçün yeni təcrübə yerlərinin əlçatanlığı, universitetdə yeni laboratoriya və mərkəzlərin yaradılması, mövcud əlaqələrin aktiv fazada saxlanması iclasda əsas müzakirə mövzuları olub.

100 dəfə oxunub