Tələbələr üçün yeni fürsət

Məlum olduğu kimi Azərbaycan Texnologiya Universitetinin əməkdaşlıq etdiyi şirkətlərdən biri Azercell Tələbə Təqaüdü Proqramı elan edib. Şirkətin nümayəndələri bu məqsədlə UTECA tələbələri ilə görüşüblər.

Görüşdə layihə ilə bağlı məlumat verilərkən bildirilib ki, Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr təhsil müddətinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Qeyd edək ki, Azercellin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi PAŞA Bankın dəstəyi ilə Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərir.

Tələbə Təqaüdü Proqramı ilə bağlı ətraflı linkdə:
https://azercell.easyhire.me/…/details/5d74e4e31f76982a…/en…

 

 

104 dəfə oxunub