TKTA UTECA ilə keyfiyyət təminatına dair görüş keçirib

TKTA UTECA ilə keyfiyyət təminatına dair görüş keçirib

Gəncə şəhərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında keyfiyyət təminatına dair görüş keçirilib.

UTECA-da baş tutan görüşdə universitetin rektoru, professor Akif Süleymanov və TKTA-nın idarə heyətinin üzvü Emil Xəlilov, Keyfiyyət təminatı departmentinin direktoru İlham Hümbətov və Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib.
Təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə məlumat sessiyası baş tutub. Sessiyada UTECA-nın struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.

Tədbirin sonunda təhsildə keyfiyyət təminatına dair verilən suallar cavablandırılıb.

116 dəfə oxunub