“Bir” Tələbə - Könüllü Proqramı

Azərbaycan Texnologiya Universitetində “Bir” Tələbə- Könüllü Proqramında iştirak edəcək tələbələrlə görüş keçirilib.

Proqramın rəhbəri Canoğlan İlyasov 1-ci kurs tələbələrinə təqdimatındabildirib ki, “Bir” Tələbə-KönüllüProqramı ölkənin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllüişini sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılanuzunmüddətli layihədir. Azərbaycanda mötəbər idman yarışları və mədəniyyəttədbirləri gələcəkdə də davam edəcək və həmin tədbirlərdə “Bir” Tələbə -Könüllü Proqramı çərçivəsində tələbə könüllülərin iştirakı nəzərdə tutulur. LayihəBakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı və Lənkəran şəhərlərində fəaliyyətgöstərən 21 ali təhsil və 16 orta ixtisas təhsil müəssisəsini əhatə edir.Hazırda “Bir” Tələbə - Könüllü Proqramına 23 mindən çox tələbə cəlb olunub. Görüşdə qeyd olunub ki, ölkədə könüllülərin fəaliyyətivahid məlumat bazasında sistemləşdirilir və tələbənin könüllü olaraq dövlət əhəmiyyətlitədbirlərdə iştirakı gələcək karyeraya müsbət təsir edir.

“Bir” Tələbə - Könüllü Proqramının mahiyyətini əksetdirən videoçarxlar izləndikdən sonra tələbələrinsualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

 

93 dəfə oxunub