Müəllimlər Günü qeyd olundu

Azərbaycan Texnologiya Universitetində (UTECA)5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbir zamanıuniversitetin rektoru, professor Akif Süleymanov əlamətdar gün münasibətiləpedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildiribki, müəllim şərəfli, eyni zamanda olduqcaməsuliyyətli peşədir və bu işdə ali məktəb müəllimlərinin çiyinlərinə xüsusiməsuliyyət düşür.

Professor-müəllim heyəti, yerli vəxarici tələbələrin çıxışlarında qeyd olunub ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır,savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlaryetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

Tədbirdə tələblərin Müəllimlər Günüilə bağlı hazırladıqları videoçarxlar maraqla izlənilib. 

3 dəfə oxunub