UTECA komandası avropalı təhsil ekspertləri ilə növbəti təlimdə

UTECA EQACkomandası Bakı Biznes Universitetində təşkil olunan təlimdə iştirak edərəkavropalı təhsil ekspertləri ilə görüşüb. Azərbaycan Texnologiya Universitetini Keyfiyyətintəminatı şöbəsinin müdiri Asiman İlyasov, Magistratura və  doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyevtəmsil ediblər. İki günlük təlimdə Avropa təhsil standardları (ESG) üzrə əsas dəyərləndirməgöstəriciləri hazırlanıb və həmin standardların universitet daxilində tətbiqininmövcud vəziyyəti barədə müzakirələr aparılıb. UTECA nümayəndələri keyfiyyətin təminatıilə bağlı Avropa Təhsil Məkanının (EHEA) təcrübəsini öyrənmək üçün təlimdəiştirak edən avropalı təhsil ekspertləri ilə təcrübə mübadiləsi aparıblar.

EQAC (AzərbaycanAli Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsiAvropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ proqramı çərçivəsində həyatakeçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, 5 avropa və 11 Azərbaycanuniversitetinin iştirak etdiyi layihə tələbə yönümlü təhsil  proqramlarının yeni standartlara uyğunyazılması, tələbələrlə iş, tələbəyə dəstək, professor-müəllim heyətinin illik fəaliyyətininreytinq qiymətləndirilməsi və stimullaşdırılması, Avropa təhsilstandardlarının(ESG) mövcud vəziyyətdə universitetin struktur bölmələrində tətbiqikimi bir sıra konsepsiyaları özündə birləşdirir.

EQAC çərçivəsindəindiyə qədər müxtəlif tarixlərdə Bakı ilə yanaşı İngiltərə, Litva, İsveç və İspanyadaUTECA əməkdaşlarının aktiv iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub. Litvadavə İspanyada baş tutan təlimlərdə Universitetin rektoru prof.Akif Süleymanov şəxsəniştirak edib. 

2 dəfə oxunub