Azərbaycan Texnologiya Universitetində beynəlxalq konfransın İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi bölməsində 10-dan artıq məruzə dinlənilib

Azərbaycan Texnologiya Universitetində beynəlxalq konfransın İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi bölməsində 10-dan artıq məruzə dinlənilib.

Sakit Verdiyevin sədrliyi, Rövşən Hacıyevin həmsədrliyi ilə keçirilən panel iclasın ilk günündə İ.İsmayılovun “Elektrofotoqrafik təbəqələrin formalaşmasında elektrizatorun rolu”, S.Babayevanın “Azərbaycan kənd təsərrüfatı sahəsində elektron xidmətlərin inkişafı”, Ç.Həsənovanın “Qlükoza ilə vendaxili qidalanma”, R.Əsgərovanın “PbTe və PbSe lentlərin fotoelektrik xassələrinə işıqlandırmanın təsiri, Ar+ və Ga+ ionları ilə implantasiya edilmiş”, P.Vəliyevin “Kompyuter qrafikasının təsvirlərinin modelləşdirilməsinin alqoritmlərinin proqramlaşdırılması texnologiyası”, növbəti günündə isə R.Əsəgrovanın “Aristotel məntiqi ilə Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin müqayisəsi haqda”, R.Əsgərovanın “Ellipsin parametrik tənliyinin çıxarılışı və onun həndəsi şərhi”, T.Ələkbərovanın “Rəqəmsallaşan dünyada Sənaye 4.0.”, P.Abbasovanın “Sessiyanın oğurlanması (Session hacking) hücumu və bu hücumdan qorunma yollarının analizi”, N.Əsgərlinin “Natanson lemmasının ümumiləşməsi” adlı məruzələri dinlənilib.

Azərbaycan və rus dillərində dinlənilən məruzələr konfrans iştirakçılarının marağına səbəb olub. Çıxışçılara suallar verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Məruzələrin tezislərinin konfransın məcmuəsində dərc edilməsi tövsiyə edilib.Qeyd edək ki, (UTECA) 5-6 may tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq elmi-praktik konfransın panel iclasları 8 istiqamət üzrə aparılıb.

 

 

54 dəfə oxunub