Almaniyada təlimlərdə iştirak edən UTECA əməkdaşları seminar keçiblər

Azərbaycan Texnologiya Universitetinin (UTECA) "Nəqliyyat xidmətləri üçün böhran vərisk mühəndisliyi” (CRENG)" layihəsinin iştirakçıları olan üç müəllimi həmkarları üçün seminar keçiblər. Layihə çərçivəsində Almaniyanın Berlin şəhərində təşkil olunan təlimlərə qatılan universitet əməkdaşları təlimlərdə qazandıqları bilik və təcrübələri layihə iştirakçısı olan digər müəllimlərlə bölüşüblər. 

Nicat Ağayev, Nofəl Hacıyev və Nicat Qəzənfərli CRENG Erasmus+ KA2 layihəsi çərçivəsində Berlin Texniki Universitetində keçirilən təlimlərdə müzakirə olunan məsələlər haqqında təqdimatlarla çıxış ediblər. Qeyd edilib ki, 3 illik layihənin yekununda partnyor universitetlərdə nəqliyyat logistikası magistr proqramının açılması nəzərdə tutulur ki, bunun üçün də fənn proqramları, tədris vəsaitləri və kurikulumlar birgə fəaliyyət nəticəsində hazırlanacaq. Həmçinin universitetlərdə CRENG laboratoriyasının yaradılması və bu laboratoriyaların “Anylogic” proqram təminatı əsasında işləyəcək İKT avadanlıqları ilə təchiz edilməsi də nəzərdə tutulur. 

Təqdimatlarda CRENG layihəsində təchizat zəncirinin yaradılması, logistika və humanitar logistika ilə bağlı nəzərdə tutulan müddəalar haqqında da danışılıb.

78 dəfə oxunub