Beynəlxalq konfransın Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları bölməsində bu sahənin aktual məsələlərini əhatə edən məruzələr dinlənilib

Azərbaycan Texnologiya Universitetində beynəlxalq konfransın Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları bölməsində bu sahənin aktual məsələlərini əhatə edən məruzələr dinlənilib.

Prof. Cahangir Hacıyevin sədrliyi, dos.Nazim Vəliyevin həmsədrliyi ilə keçirilən panel iclasda əvvəlcə III kurs tələbəsi S.Rzayevanın “Tekstil materiallarında yorulma hadisəsi haqqında” məruzəsi dinlənilib. Tələbə tədqiqat zamanı tekstil materiallarında ipliklərdə liflər arasında dartılma və dartılma zamanı sürüşmə hadisəsindən, ilişkənliyin artmasından, ipliklərin deformasiyası və ipliklərin yorulması proseslərindən bəhs edib.

Ardınca dos.Z.Səmədov “Tekstil qumqşlarında optik hadisələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış edərək üzərində işlədiyi yeniliklə maraqlı dizayn mənzərəsi effekti nəticəsini əldə etdiyini əsaslandırıb.

Daha sonra magistr Ç.Həşimovanın “İri naxışlı tekstil qumaşlarından alınan məmulatların biçilmə texnologiyasının təkmilləşdirilməsi” mövzusunda, doktorant R.Əsgərovanın isə “Kostyumluq yun parçaların kefiyyətinin toxunma prosesində formalaşdırılmasının tədqiqi” başlıqlı, AMEA-nın baş elmi işçisi S.Adıgözəlovanın “Tekstil sənayesində təbii boyaların tətbiqi” məruzələri dinlənilib. 

Dinlənilən məruzələr konfrans iştirakçılarının marağına səbəb olub. Çıxışçılara rektorun elm və xarici əlaqələr üsrə müşaviri dos.Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin direktoru dos.Qalibə Məmmədova, sədr və həmsədr tərəfindən suallar verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, (UTECA) 5-6 may tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq elmi-praktik konfransın panel iclasları 8 istiqamət üzrə aparılıb.

 

 

 

 

60 dəfə oxunub