UTECA-da Mərkəzi Bank, Bakı Fond Birjası, KOBİA-nın birgə təşkilatçılığı ilə ``İnvestisiya səyahəti`` adlı tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "İnvestisiya səyahəti" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universiteti rektorunun tədris və sənaye işləri üzrə müşaviri dos. Aqil Eyvazov iştirakçıları rektor adından salamlayaraq tədbirə uğurlar arzulayıb. Müşavir qeyd edib ki, Müştəriyə Yönəlmə Proqramı çərçivəsində universitetdə tədrisin keyfiyyətinin müasir istehsal müəssisələrinin tələblərinə uyğunlaşdırılması əsas prioritet kimi götürülüb, odur ki, UTECA-nın "İnvestisiya səyahəti" tədbirinə ev sahibliyi etməsi təsadüfi deyil.

İnvestisiya şirkətlərinin iştirakı ilə baş tutan tədbirdə mütəxəssislər tərəfindən regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Daha əvvəl Xaçmaz, Lənkəran və Yevlax şəhərlərində təşkil olunan analoji tədbirin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdan ibarətdir.

 

 

 

61 dəfə oxunub