Azərbaycan Texnologiya Universitetində buraxılış kursunda təhsil alan tələbələrlə görüş keçirildi

Azərbaycan Texnologiya Universitetində buraxılış kursunda təhsil alan tələbələrlə görüş keçirildi

2022-ci ilin 11 və 12 may tarixlərində Azərbaycan Texnologiya Universitetində buraxılış kursunda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilmişdir. Görüşdə universitetin tədris işləri üzrə prorektoru Yaşar Ömərov, ümumi işlər üzrə prorektor Rauf Bağırov, fakültə dekanları, kafedra müdirləri və müvafiq struktur bölmə rəhbərləri iştirak etmişdir. 

Keçirilmiş görüşdə prorektor Y.Ömərov tələbələrə yekun dövlət attestasiyasına (dövlət imtahanı) hazırlıq, onun keçirilməsi forması və qaydası barədə geniş məlumat vermişdir. Əlavə olaraq görüşdə istehsalat təcrübəsinin gedişatı müzakirə olunmuş və təcrübənin təşkili ilə bağlı tələbələrin rəyi öyrənilmişdir. 

Tədbirdə tələbələr tərəfindən səsləndirilmiş çoxsaylı suallar cavablandırılmışdır. 

 

70 dəfə oxunub