Atmosfer çirklənməsinin bu üsulla monitorinqi olduqca səmərəlidir

Seminarda Rusiya Federasiyasının Dubna BirləşmişNüvə Tədqiqatları İnstitutunun İ.M.Frank adına “Neytron fizikası” laboratoriyasınınböyük elmi işçisi, f.f.d. Afaq Mədədzadə “Birləşmiş Nüvə Tədqiqatlarİnstitutunda İBR-2 nüvə reaktorunda aparılan ekoloji tədqiqatlar”, AzərbaycanTexnologiya Universitetinin dissertantı Şəhla Nuhuyeva isə “Hava çirkləndiricilərinin  fiziki-kimyəvi monitorinqi” adlı məruzələrləçıxış ediblər.

Afaq Mədədzadə “Neytron fizikası” laboratoriyasındaətraf mühitin mühafizəsi sahəsində aparılan elmi tədqiqat işləri barədə məlumatverib. Məruzəçilər bildiriblər ki, atmosfer havasının keyfiyyətinə nəzarətinsan sağlamlığının və davamlı inkişafın təmin edilməsində vacib aspektlərdəndir.Atmosfer havasının ağır metallarla və digər kimyəvi elementlərlə çirklənməsininmamırların tədbiqi ilə biomonitorinqi isə olduqca sadə, perspektivli, effektivvə iqtisadi cəhətdən səmərəli üsullardandır.

Tədqiqatların aparılmasında neytron aktivləşdirməanalizi üsulu istifadə edilir ki, məruzələrdə bu üsulun üstünlükləri vurğulanıb.Maraqlı çıxışdan sonra məruzəçilər auditoriyanın mövzuya dair suallarınıcavablandırıblar.                                                                                                                                                                    

37 dəfə oxunub