Azərbaycan Texnologiya Universitetində olan peşəkar mütəxəssis Nailə Mehrabova UTECA-nın mövcud resursları və elmi bazası ilə tanış olub

Azərbaycan Texnologiya Universitetində olan peşəkar mütəxəssis Nailə Mehrabova UTECA-nın mövcud resursları və elmi bazası ilə tanış olub

Biznes innovator Qida mühəndisliyi fakültəsinin Şərabçılıq və Qida laboratoriyalarında yaradılan şərait və elmi nailiyyətlərlə yaxından tanış olduqdan sonra fakültənin akademik heyəti, tədqiqatçıları və tələbələri ilə görüşüb. 

Görüşdə müvafiq sahənin aktual problemlərinə toxunulub, müzakirələr aparılıb. Universitetin alimləri öz təklif və mülahizələrini bildiriblər. 

Vaxtilə - artıq 26 yaşında CEO olan N.Mehrabova strateji tranformasiya mövzusunda çıxış edərək öz təcrübələrini bölüşüb. 

Transxəzər, Cənubi Qafqaz neft və neft məhsullarının daşınması layihəsində təcrübəyə sahib mütəxəssis neft, su, qida təhlükəsizliyi, innovasiyalar üzrə araşdırmalar aparır, daha sonra özəl və dövlət sektorunda məsləhətçi kimi çıxış edir. 
N.Mehrabova Oksford Universitetində təhsil alıb, eləcə də Stanford Universitetinin Executive MBA üzrə ilk azərbaycanlı qadın məzunudur.

 

 

289 dəfə oxunub