Tələbə Elmi Cəmiyyətinin illik hesabat görüşü keçirilib

Tələbə Elmi Cəmiyyətinin illik hesabat görüşü keçirilib

Azərbaycan Texnologiya Universitetində rektorun elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyevin iştirakı ilə Tələbə Elmi Cəmiyyətinin illik hesabat görüşü keçirilib. Görüşdə fakültə TEC sədrləri iştirak edib. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin TEC sədri Aqşin Hüseynov, İqtisadiyyat və idarəetmə fakültəsinin TEC sədri Zeynəb Qocayeva, Qida mühəndisliyi fakültəsinin TEC sədri Sevda Qurbanova , Avtomatika telekomunikasiya və informatika fakültəsinin TEC sədri Arzu Əsgərov il ərzində fakültədə təşkil olunan tələbə elmi seminarları barədə məruzə edib, keçirilən elmi tədbirlər haqqında hesabatla çıxış ediblər.

Universitet TEC sədri Aysel Məmmədli isə yekun hesabatla çıxış edib, növbəti tədris ili üçün nəzərdə tutulan planlar barədə məlumat verib.

Mayıs Gülalıyev növbəti tədris ili üçün iş planları, təkliflər planı üzərində işləməyi, TEC fəaliyyətini daha da inkişaf etdirməyi tövsiyə edib. 

 

 

296 dəfə oxunub