10-15 iyun tarixlərində Mini-futbol üzrə Gəncə şəhərinin açıq çempionatı keçiriləcəkdir
Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə 10-15 iyun tarixlərində Mini-futbol üzrə Gəncə şəhərinin açıq çempionatı keçiriləcəkdir.
Yarışda idman təşkilatları, idman klubları və müəssisələr iştirak edəcək.
Açılış mərasimi 10 iyun tarixində Azərbaycan Texnologiya Universitetinin İdman Zalında baş tutacaq. Yarışa qatılacaq komandalar öz güclərini Gəncə İdman liseyinin süni örtüklü meydançasında sınayacaqlar.
Qalib komandalar kubok, medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.