Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə universitetin dizayn ixtisası tələbələrinin əl işləri nümayiş etdirilib.
Əsasən vətənpərvərlik mövzusuna həsr olunan əl işləri arasında “Dəmir Yumruq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şuşa başlıqlı”, universitetin şəhid tələbə və məzunlarının əks olunduğu rəsmlər rəhbərlik, professor-müəllim heyəti və tələbələrin marağına səbəb olub.
Sərgi zamanı həvəskar, eləcə də müvafiq ixtisas tələbələrinə yeni əl işləri ərsəyə gətirmək üçün şərait yaradılıb.