Azəralüminiumda kafedra filialının açılışı olub

Azəralüminium zavodunda Azərbaycan TexnologiyaUniversitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasınınfilialının açılışı olub. Açılış lentini universitetin rektoru, professorAkif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyevkəsiblər.

Rektor bildirib ki, müvafiq ixtisasın tələbələribundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarlatəchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasınınsirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prossesində nəzəri təlimlərləparalel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqlarımüasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin2 və 3-cü kurs tələbələrin gələcəkdə təcrübə müddətinin də  Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub.Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkəninmetallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçünyaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçilən ilk dərs günündə uğurlararzulayıb. 

Oqtay Rəfiyev və Gəncə Allüminium Kompleksininistehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodunişçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusiləyararlanacaqlarını, əsasən təcrübə xarakterli  olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyinibildiriblər.

3 minə yaxın tələbəsi olan Azərbaycan TexnologiyaUniversiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsiləaktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatəedən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsininuniversitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub.Müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi isədavamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasirtexnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdətanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir. 

197 dəfə oxunub