Azərbaycan Texnologiya Universiteti tələbələri “TEKNOFEST”ə hazırlaşır

 

Azərbaycan Texnologiya Universiteti tələbələri “TEKNOFEST”ə hazırlaşır

Azərbaycan Texnologiya Universitetində "STEAM Azərbaycan" layihəsi çərçivəsində görüş keçirilib.

Dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan “TEKNOFEST”ə hazırlıqla bağlı baş tutan ilkin görüşün məqsədi festivala qatılacaq komandaların qeydiyyatı, hazırlıq mərhələsinin dəyərləndirilməsi və lazımi dəstəyin göstərilməsidir.

Görüşdə Elm və xarici əlaqələr üzrə müşavir dos. Mayıs Gulalıyev, Elmi Tədqiqat Mərkəzinin müdiri dos. Qalibə Məmmədova, “TEKNOFEST 2023”ə qatılacaq tələblər və rəhbərlər iştirak ediblər.

Bu ilin mayında “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müsabiqələrə qatılmış komanda heyəti daha təkmil layihələrlə çıxış ediblər. Onlar üçün lazımi avadanlıqların təmin edilməsi istiqamətində müraciətləri dinlənilib.

Müzakirələr zamanı 4 komanda, eləcə də Rosol, Şahin, Dron, GEN komandalarının tərkibi müəyyən edilib, onlara müasir texnoloji avadanlıqların hazırlanması məqsədilə zəruri dəstəyin göstəriləcəyi qeyd olunub. Komanda üzvlərinin hər biri qarşıda duran hədəfə çatmaq istiqamətində səylə çalışacaqlarını bildiriblər.

Görüşdə həmçinin universitet startap ekosisteminin formalaşdırılması, tələbələrin innovativ ideya və layihələrinin dəstəklənməsi ilə bağlı məsələlər müzakirə edilib.

 

 

 

 

197 dəfə oxunub