Avropada təqaüdlə təhsil imkanı!

 

Avropada təqaüdlə təhsil imkanı!

Azərbaycan Texnologiya Universiteti Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Silesiya Texnologiya və İspaniyanın Jaen Universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 4 tələbəsinə Almaniya, Polşa və İspaniyada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb. 

Proqrama universitetin İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin II və III kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. 

Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:

✓ ÜOMG

✓ Müsahibə

Müsahibədə iştirak etmək istəyən tələbələr 25 noyabr 2022-ci il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 257 35 78; II korpus 3-cü mərtəbə otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 

 

 

168 dəfə oxunub