Azərbaycan Texnologiya Universitetində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

 

Azərbaycan Texnologiya Universitetində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı çərçivəsində baş tutan yarış istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunub.

15 komandanın iştirak etdiyi bilik yarışında 1-ci yeri “Gənc alimlər” komandası tutub. “Sun Shine” komandası 2-ci, “Dan ulduzu” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalar təltif edilib.

170 dəfə oxunub