Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi konfrans keçirilib

 

Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi konfrans keçirilib

Tələbə elmi konfransı “Gəncləşən elm və muasir texnologiyalar” mövzusuna həsr edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Qida Mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılov və universitet Tələbə Elmi Cəmiyyəytinin sədri Aysel Məmmədli giriş sözü ilə çıxış edib, mövzunun aktuallığına diqqət çəkiblər.

Professor Əhəd Nəbiyevin rəhbərliyi ilə III kurs tələbələri Tunar Quluzadə “Kaqor disert şərablarının müxtəlif texnologiya əsasında hazırlanması tətqiqi”, Dürdanə Dadaşova “Vitaminlərin insan orqanizmi üçün əhəmiyyəti”, Eltac Hüseynov “Çəhrayı süfrə şərablarının müxtəlif üsullarla hazırlanma texnologiyasının tətqiqi”, dosent Mərdan İsmayılovun rəhbərliyi ilə II kurs tələbəsi Allahverdi İbrahimli “Şərabçılıqda müasir avadanlıqlar və qurğular”, dosent Y.Yusubalıyevin rəhbərliyi ilə II kurs tələbəsi Aysel Vahidova “Diferensial tənliyin kimyada tətbiqi”, assistent Turanə Həsənovanın rəhbərliyi ilə 4-cü kurs tələbəsi Hüseyn Kərimov “Buz otellər” adlı məruzələrlə çıxış edib, auditoriyanın suallarını cavablandırıblar.

Sonda elmi işlər üzrə prorektor əvəzi iqtisad elmləri doktoru Mayıs Gülalıyev, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri professor Əhəd Nəbiyev, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dosent Yusif Hümbətov çıxış edərək məruzələrə dair öz fikirlərini bildirb, tələbə elmi konfranslarının davamlı və məhsuldar olması üçün bir sıra tövsiyələr veriblər.

 

 

137 dəfə oxunub