Azərbaycan Texnologiya Universitetində “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuranlar təltif edilib

 

Azərbaycan Texnologiya Universitetində “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuranlar təltif edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuran universitetin 10 əməkdaşı təltif olunub.

Təltifolunma tədbirində Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova və proqramı uğurla başa vuran əməkdaşlar iştirak edib.

Yaşar Ömərov çıxışında qeyd edib ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Bildirib ki, əməkdaşların bu layihədə iştirakı universitetin startap ekosisteminin inkişafında mühüm rol oynayacaq.
Tədbir çərçivəsində tələbələ startaplarının, innovativ ideyalarının inkişaf etdirilməsi ilə bağlı qarşıda duran məsələlər də müzakirə edilib.

Sonda “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramını uğurla başa vuran əməkdaşlar – Tural Rüstəmov, Nəbi Mehtizadə, Aqşin Hüseynov, Vüsal Bayramov, Zeynəb Qocayeva, Gülnarə Əsədova, Günay Qəhrəmanova, Günel Sultanova, Tamara Ələkbərova, Nilufər Orucovaya sertifikatlar təqdim edilib.

Xatırladaq ki, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini nəzərdə tutan“Gələcək üçün bacarıqlar” layihəsi 2021-ci ilin aprel ayından həyata keçirilir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

 

 

245 dəfə oxunub