Azərbaycan Texnologiya Universitetində pedaqoji işçilərə saat hesabı ödənişin məbləği 40% artırılıb
Buna dair qərar Elmi Şuranın 30 noyabr tarixli iclasında verilib. Qərara əsasən tədris məşğələlərinin 1 saatı üçün ödənilən məbləğin ən aşağı həddi 5 manat, ən yuxarı həddi isə 10 manat müəyyən edilib.
Beləliklə, növbəti semestrdən etibarən saat hesabı ödənişlər elmi dərəcəsi olmayan müəllimlər üçün 5 manat, dosent və fəlsəfə doktorları üçün 7 manat, professor və elmlər doktoru statusuna malik olanlar üçün isə 10 manatla hesablanacaq.