Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə “Bələdiyyələrin bu günü və gələcəyi” mövzusuna həsr edilmiş tələbə elmi seminarı keçirilib

 

Azərbaycan Texnologiya Universitetində İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə “Bələdiyyələrin bu günü və gələcəyi” mövzusuna həsr edilmiş tələbə elmi seminarı keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri professor Füzuli Məmmədov giriş sözü ilə çıxış edib. O, mövzunun aktuallığına diqqət çəkərək məruzəçilərə çıxışlarda uğur və müvəffəqiyyətlər arzu edib.

Sonra tələbələr müxtəlif məruzələrlə çıxış ediblər. Tələbələr hər çıxışdan sonra seminar iştirakçılarının suallarını cavablandırıblar.

Sonra dekanlar və professor-müəllim heyəti məruzələrlə bağlı öz fikirlərini səsləndirib, tələbələrə tövsiyələr veriblər.

Sonda məruzəçilər təltif edilib.

347 dəfə oxunub