Azərbaycan Texnologiya Universiteti Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaq

 

Azərbaycan Texnologiya Universiteti Basketbol İnkişaf Kuboku üzrə Gəncə şəhərinin açıq çempionatının liqa yarışlarında təmsil olunacaq

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış dekabrın 16-dan start götürəcək.

Şəhərin idarə və müəssisələrinin, idman təşkilatlarının, ali məktəblərin iştirakı ilə keçiriləcək liqa yarışları may ayına qədər davam edəcək. Yarışlar Azərbaycan Texnologiya Universitetin İdman zalında təşkil olunacaq.

Yekunda qalib komandalar kubok, medal, qiymətli hədiyyələr və fəxri fərmanla təltif olunacaq.

286 dəfə oxunub