Azərbaycan Texnologiya Universitetinin komandası Gəncə Basketbol liqası oyunlarının II turunda qalib gəlib

Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və "Telekom Basketbol" İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol liqasının oyunları davam edir.

11 yanvar tarixində yarışın II tur oyunları keçirilib. Bu turda Azərbaycan Texnologiya Universitetinin komandası ilə Göygöl şəhər Olimpiya İdman Kompleksinin komandası qarşılaşıb. Mərhələdə Azərbaycan Texnologiya Universitetinin komandası 44:32 hesabı ilə qalib gəlib.

Komandamıza uğurlar arzu edirik!

156 dəfə oxunub