Bu gün Gəncə Basketbol Liqasının III tur oyunları keçiriləcək

 

Bu gün Gəncə Basketbol Liqasının III tur oyunları keçiriləcək

Bu turda Azərbaycan Texnologiya Universitetinin (ATU) komandası ilə Gəncə Dövlət Universitetinin (GDU) komandası görüşəcək.

Qeyd edək ki, ATU komandası daha əvvəl baş tutan görüşlərdə Gəncə şəhər Baş Polis İdarəsi və Göygöl Olimpiya İdman Kompleksinin komandalarına qalib gəlib.

Gəncə Basketbol Liqası Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilir. Yarışlar Azərbaycan Texnologiya Universitetinin idman zalında baş tutur.

121 dəfə oxunub