Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

 

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Universitetin rektor əvəzi, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra elmi işlər üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyevin təqdimatında universitetdə aparılan elmi işlərin nəticələri dinlənilib, bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib.

Ardınca 2022/2023-cü tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planı müzakirə edilərək təsdiq edilib.

İclasda doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, əməkdaşların işə davamiyyəti, elmi jurnalların redaksiya heyətinin yenidən formalaşdırılması, tədris jurnallarının yoxlanılmasının nəticələri kimi bir sıra digər məsələlər də müzakirə edilib, müvafiq qərarlar verilib.

İclas zamanı universitet əməkdaşı Hüsnü Kərimov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə təltif edilib.

 

275 dəfə oxunub