Azərbaycan Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Azərbaycan Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

24 yanvar 2023-cü il tarixində Azərbaycan Texnologiya Universiteti və Belarus Respublikasının Polotsk Dövlət Universiteti arasında ikili əməkdaşlıqla bağlı görüş keçirilib. Onlayn qaydada baş tutan görüşün əvvəlində Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov və Polotsk Dövlət Universitetinin rektoru Yuriy Romanovskiy hər iki universitetin mövcud imkanları barədə məlumatla çıxış ediblər. Daha sonra əsası qoyulmuş əməkdaşlığın reallaşdırılması və genişləndirilməsi imkanları müzakirə edilib, müvafiq təklif və tövsiyələr dinlənilib. Məhsuldar görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşdə Azərbaycan Texnologiya Universitetindən Elm və xarici əlaqələr üzrə müşavir Mayis Gülaliyev, Tədris şöbəsinin müdiri Raqif Hüseynov, Elmi-tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova iştirak edib. Polotsk Dövlət univeristetindən isə birinci prorektor Oksana Qolubeva, tədris işləri üzrə prorektor Yuriy Qolubev, elm işləri üzrə prorektor İrina Buraya, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Olqa Juravskaya təmsil olunub.

Qeyd edək ki, Polotsk Dövlət Universiteti Belarusun ən qədim (1581) təhsil ocaqlarından biridir.

 

 

298 dəfə oxunub