Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.

Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Y.Ömərov tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.

Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2022/2023-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Gürshad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Smalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), dizayn ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Jaen Universitetində (İspaniya) təhsilni davam etdirəcək.

303 dəfə oxunub