Azərbaycan Texnologiya Universitetinin (ATU) bir qrup əməkdaşı Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyevin rəhbərliyi ilə universitetin şəhid tələbəsi Kənan Ömərlinin Göyçay rayonu, Cəyirli kəndində yaşayan ailəsini ziyarət ediblər.
Şəhidin mövlud gününə qatılan ATU kollektivi ailə ilə birlikdə Kənanın təhsil aldığı orta məktəbdə də olublar. Əməkdaşlar şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, valideynlərinə və yaxınlarına Azərbaycan Texnologiya Universitetinin Kənanla daim fəxr etdiyini, şəhid tələbə və məzunlarımızın heç vaxt unudulmayacağını bildiriblər.
Kənan Ömərli təhsilini yarımçıq qoyaraq könüllü döyüşlərə qatılmışdı. ATU tələbəsi 44 günlük Vətən müharibəsində şücaət göstərərək 6 oktyabr 2020-il tarixində Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölkə başçısının sərəncamı ilə 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni", "Ağdamın azad olunması", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.