Azərbaycan Texnologiya Universiteti daha bir sənaye müəssisəsi ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti daha bir sənaye müəssisəsi ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Galaksi” şirkəti arasında memorandum imzalanıb. Bu çərçivədə tərəflər arasında görüş şirkətin Gəncədəki fabrikində baş tutub. Görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, yüngül sənaye məhsullarının istehsalı sahəsində qarşıda duran məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt əməkdaşlıq memorandumu imzalayıblar.

Daha sonra universitetin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının əməkdaşları tərəfindən çəkilmiş rəsm əsəri müəssisəyə hədiyyə olaraq təqdim olunub.

Görüş çərçivəsində universitet rəhbərliyi və nümayəndə heyəti müəssisənin infrastrukturu, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.

Qeyd edək ki, “Galaksi” şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Gəncədə hər biri ayda 5000 dəst istehsal gücünə malik “Galaksi Tekstil” ev tekstil məhsulları və “Galaksi Shaika” qranit tava və qazan dəstləri istehsalı fabrikinin açılışı ötən ilin dekabrında həyata keçirilib. Bu fabriklərdə 100 nəfərdən çox işçi heyəti çalışır.

 

 

82 dəfə oxunub