Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən və Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilən Texnoloji startapların təşviqi layihəsi çərçivəsində Gəncədə Startap festivalı həyata keçiriləcəkdir.
Bununla bağlı 13 mart 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində məlumatlandırma günü keçirilib. Tədbirdə qeyd edilib ki, StartupFest Gəncə Proqramı 8 moduldan və 4 həftəlik təlimlərdən ibarətdir. Hər bir sessiya startap inkişafının fərqli aspektlərini, o cümlədən ideya, bazar araşdırması, biznes planlaşdırma və s. əhatə edir. Layihə bu sahədə uğur qazanmış ekspertlər tərəfindən həyata keçiriləcək. Proqram tələbələri startap ideyalarını inkişaf etdirmək üçün lazım olan bilik və bacarıqlarla təmin etmək məqsədini daşıyır.
Məhsuldar və interaktiv keçən görüşdə bütün bunlar haqqında ətraflı məlumat verilib və sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.