ATU-da startap ekosistemi yaradılır
Azərbaycan Texnologiya Universitetində (ATU)Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində İnnovasiyalar Mərkəzi ilə görüş keçirilib.
Görüş mərkəz tərəfindən həyata keçirilən, ATU-nun da qoşulduğu “Gələcək üçün Bacarıqlar” layihəsi çərçivəsində baş tutub. Mərkəzin departament rəhbəri Şəbnəm Məmmədova, layihə meneceri Ziniddin Babayev, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşı, proqram rəhbəri Tofiq Sadıqzadə ATU-nun rektor əvəzi dos. Yaşar Ömərovla qarşıda duran məsələləri müzakirə edib, İnkubasiya proqramının qurulması və mentorluq işinin təşkili barədə danışıblar.
Daha sonra “Gələcək üçün Bacarıqlar” layihəsinin Mentorluq proqramına qoşulmuş müəllim mentorlarla təlim bölgüsü aparılaraq müqavilələr imzalanıb.
Bundan başqa “Tusi (2C)” inkubasiya proqramı üzrə qeydiyyatdan keçmiş tələbələrə intensiv Tusi inkubasiya proqramının icra prosesi barədə məlumatlar verilib, tələbələrin sualları cavablandırılıb.