Qax abituriyentləri UTECA-da

Azərbaycan Texnologiya Universitetində (UTECA) təbliğat-təşviqat kampaniyası davam edir. Bu çərçivədə bir qrup Qax abituriyentlərinin UTECA-ya səfəri olub. Universitetin müasir Logistika Mərkəzi ilə yaxından tanış olan abituriyentlər logistika ixtisası barədə ətraflı məlumatlar əldə ediblər. Qida mühəndisliyi fakültəsinin Dequstasiya zalında isə şərabçılıq ixtisasının tələbələri üçün yaradılan şəraiti izləyiblər. Zavodlardan birində UTECA kafedrasının fəaliyyətə başlaması, tələbələrin dərsi həmin müəssisədə keçməsinə dair məlumatlar, universitetin fəaliyyətini əksetdirən videomateriallar abituriyentlərin marağına səbəb olub.

Fakültələrlə, tədris şəraiti, unuversitet-sənaye əlaqələrilə ilə yaxından tanış olan Qax abituriyentləri buradakı - zamanın tələbi olan ixtisaslarla bağlı ətraflı məlumatlar toplayıb, son illər üzrə müsabiqə və keçid balları ilə maraqlanıblar. Sonda qonaqlara hədiyyələr verilib.


9 dəfə oxunub