Con Vu: “Əgər tələbə bu üç amilə yiyələnə bilsə uğur əldə edəcək”

Con Vu biotexnologiya, innovasiya və hesablama proqramı üzrə“Masters of Science” məktəbinin direktoru, Carnegie Mellon Universitetindəkompüter elmləri üzrə parlaq karyeraya sahibi, texniki işlər üzrə təqaüdçüəməkdaş və 777 kosmik gəmisi üçün proqram təminatının təkmilləşdirilməsinərəhbərlik etdiyi “The Boeing Company”də baş mühəndisdir. O, genişmiqyaslıinteqrasiya proqramlarını idarə edib, bir çox uğurlu aerokosmik layihələrdəhəlledici yer almaqla, proqram təminatı və sistem təkmilləşdirilməsi üzrə 35ildən artıq təcrübəyə sahibdir. Ohayo Universitetindən məzun olub, Nevada vəCarnegie Mellon universitetlərində isə magistr dərəcəsinə yiyələnib. Con Vununixtisas seçimi ilə bağlı maraqlı məqaləsini http://science-technology.vn/ təqdimedirik.

TƏHSİLİNNÖVLƏRİ

Hazırdatəhsilin üç növü mövcuddur: ənənəvi təhsil, sənaye dövrü təhsili və informasiyadövrü təhsili. Ənənəvi təhsil sistemi min illərdir mövcud olub, əzbərləməyaddaşının mühüm əhəmiyyət kəsb etdiyi və uğurun imtahanlardan keçmək olduğunaəsaslanan bir təsərrüfat cəmiyyəti üzərində köklənib. İndi əksər pedaqoqlar busistemin köhnəlmiş olduğunu düşünürlər.

Sənayedövrü təhsil sisteminin təxminən 300 illik tarixi var və tələbələrin kütləviistehsal proseslərini öyrəndikləri sənayenin tələblərinin qarşılanmasınaəsaslanıb. Bu sistemlə tələbələr zəruri olanları öyrənir və məzun olduqdatəhsil də başa çatır. Uğur isə hər hansı bir istehsal sənayesində işə başlamağaəsaslanır. Bu sistem də artıq indiki dövrdə uğurla ayaqlaşmadığından köhnəlmişhesab edilir.
İnformasiya dövrünün təhsil sistemi nisbətən yeni olub, əsasən texniki biliklərvə biznes məsələlərinin həlli üçün texnologiyanın tətbiqinə köklənib. Tələbələrəsas bilikləri tədris zamanı öyrənsələr də təhsil bununla bitmir, texnologiyadaim dəyişdikcə davam edir. Uğur fərdin əldə etdiyi bilik və bacarıqlar, eləcədə üzləşdiyi hər bir situasiyanın öhdəsindən gələ bilməsinə əsaslanır. Busistemdə innovasiya və fərdi yaradıcılıq yüksək qiymətləndirilir.

Ənənəvisistemlə təhsil alanlar sənaye dövrünün təhsil sisteminə uyğunlaşa bilmirlər,çünki akademik düşüncə ilə sənaye düşüncəsi kəskin şəkildə bir-birindənfərqlənir. “Əzbərləmə”dən yaxşı qiymətlər almış və imtahanlardan uğurla keçmiş“şagirdlər” bildiklərini sənaye sistemində tətbiq edə və öz işlərində uğur qazanabilmirlər. Bu hal hələ də ənənəvi təhsil sistemini davam etdirən bir çoxölkələrdə baş verir. Sənaye dövrünün təhsil sisteminin şagirdləri sonralarinformasiya sahəsində işləyərək əlavə təlimlərdən yararlanmalı və vəziyyətəuyğunlaşmalı olacaqlar. Hazırda sənaye dövrünün təhsili ilə insanlarıninformasiya dövründə rəqabətə davam gətirmələri üçün ehtiyacları olan biliklərarasında böyük bir boşluq mövcuddur və bu boşluq getdikcə daha da genişlənir.Təhsil sistemlərində hələ də dəyişikliklərin baş verdiyi bir çox ölkələrdə,əsasən Avropa və Amerikada bu tendensiya müşahidə edilir.

Hazırkıidarəetmə strukturu sənaye dövrünün məhsuludur. Standartlaşdırma və nəzarətsənaye dövrü cəmiyyətinin ideyalarıdır. Səlahiyyət qərarları qoyan rəhbərlərdəqalır, işçilərə isə əmrlərə itaət etmək öyrədilir. Təlimlər onlarınvəzifələrinə uyğun olan iş bacarıqlarının öyrədilməsi ilə məhdudlaşır. Həmintəlimlər sənaye ölkələrinin bazara nəzarət etdiyi bu dövrdə yaxşı nəticə verir,lakin qloballaşmış dünyada rəqabət mühitli bazar iqtisadiyyatı dövrü üçüneffektiv olmaya bilər. İnformasiya dövründə dəyişikliklər sürətlə baş verir vəhəyatda qalmaq daim təkmilləşən məhsullar, xidmətlər və çevik reaksiya bacarığıtələb edir. Başqa sözlə işçinin yalnız görəcəyi işə dair bacarıqlara sahibolması ideyası artıq aktual deyil. İnsanlar daim yeniliklər öyrənsə də,texnologiya onların qavrama bacarıqlarından daha sürətlə dəyişir.

Gəlin Hindistanda proqram təminatısənayesinin inkişafına nəzər salaq. 1985-ci ildə Hindistan 24 milyon dollar dəyərindəproqram ixrac edib. 2000-ci ildə onlar 350 milyon dollarlıq ixrac etsələr də,2009-cu ildə bu rəqəm 85 milyard dollar olub, bu il isə maliyyə böhranınabaxmayaraq, Hindistanda proqram ixracatının ilin sonunadək xalis 100 milyarddollar olacağı ehtimal edilir. Bu sənayenin ixrac potensialının və onun“arxaik” təhsil sisteminin tanınması prosesi olduqca zəifdir. Hindistanın əksərproqram şirkətləri əhalinin inkişaf edən texnologiya ilə ayaqlaşmasını təminetmək üçün təhsil proqramlarına külli miqdarda investisiyalar yatırıblar.Hindistanın böyük şirkətləri təlimlər üçün ABŞ və Avropadan qat-qat çox, illikgəlirlərinin 8%-i qədər məbləğ xərcləyirlər. Wall Street Jurnalı məlumat verirki, Yaponiya və Avropa şirkətləri işçilərin maarifləndirilməsi istiqamətindəbüdcələrinin 4%-i həcmində vəsait sərf etdikləri halda, ABŞ şirkətləri bununüçün yalnız 2.5% xərcləyir. Bunun sadə səbəbi odur ki, başqa ölkələr hələ də öztəhsil sistemlərini inkişaf etdirməyin yolları barədə müzakirələr apardıqlarıhalda Hindistanda XXI əsrdə bilik və bacarıqların nə dərəcədə əhəmiyyətliolduğunu anlayırlar.

Sənaye sahəsində illərlə işləmiş birpedaqoq kimi, mən inanıram ki, öyrənmək fərdin öz üzərinə düşən birməsuliyyətdir, çünki biz artıq universitetdən məzun olmaqla qurtaran təhsilinbitdiyi bir dövrdə yaşayırıq. Əgər duya bilsək, texnologiyanın hazırkıdəyişiklikləri olduqca maraqlıdır. İnkişaf etməkdə olan ölkələrin bu fürsətdənyararlanaraq inkişaf etmiş ölkələrlə tez bir zamanda ayaqlaşması mümkündür vəbu bizim öz seçimimizdir. Düşünürəm ki, növbəti 10 illikdə ən savadlı və yayüksək qiymətlər alan şagirdlər, tələbələr ən uğurlu insanlar olmaya bilərlər.Çünki, onların indi əldə etdiyi biliyin həmin vaxt artıq köhnəlmiş olmaehtimalı yüksəkdir.
İnformasiya dövründə uğur öyrənməyi davam etdirmək bacarığı ilə ölçülür.Texnologiya böyük sürətlə inkişaf edəcək və həyatda qalmağı bacaranlar yalnızhəyatı boyu öyrənən insanlar olacaqlar. Məhz bu səbəbdən mən hər zaman öztələbələrimi bacardıqları qədər öyrənməyə sövq edirəm. Dəyişikliyin daimiolduğu bu dünyada ən zəruri biliklər düşünmə, analiz etmə və öyrənməbacarıqlarıdır. Əldə etməli olduğumuz biliklər bu gün məktəbdə öyrəndiyimizbiliklər olmaya bilər, çünki rəqabətə açıq olan bu dünyada həyatı boyuöyrənənlər” ən uğurlu insanlardır.

Mən tez-tez tələbələrimdən həftə ərzindənə qədər məqalə oxuduqlarını soruşuram. Peşəkar inkişafları ilə bağlıoxuduqları ən son kitabın hansı olduğunu və s. Həyat boyu öyrənənlər məzunolduqdan sonra öyrənməyi dayandırmır, əksinə, əlavə təlimlərə getməklə özbacarıqlarını inkişaf etdirirlər. Lakin öyrənmək şəxsin öz üzərinə düşsə də,yalnız fərdi şəkildə öyrənmək cəmiyyətin inkişafına yardım edə bilməz. Cəmiyyətolaraq rəqabətə davam gətirmək üçün daha çox oxumaq, təlimlər keçmək, texnikibiliklərə yiyələnmək və daha çox öyrənmə imkanlarını təşviq edərəkmaariflənmənin tərəfində olmalıyıq. Bizim sürətlə inkişaf edən bu dünyadauğurumuz və xilasımız dəyişikliklərə uyğunlaşa bilmə bacarığımızdan asılıolacaq.

DƏYIŞƏN ZAMAN VƏ UĞUR

Bu gün əmək bazarında üzləşdiyimizsürətli dəyişikliklər ötən əlli ildəkindən daha fərqli bilik və bacarıqlartələb edir. Təlim metodlarının çoxu XIX əsrin sonlarında hazırlanıb, hazırda daistifadə olunan bir çox tədris metodları artıq indiki texnologiya əsaslıiqtisadiyyat üçün məqsədəuyğun deyil. Təkrar qeyd edim ki, ənənəvi “əzbəryaddaşı” modeli artıq sürətlə dəyişən ətraf mühit üçün aktual deyil. Bilik vəbacarıqlar yerinə imtahan və dərəcələr üzərində köklənmiş köhnə bir ideyadır.Qabaqcıl texnoloji təhsilə malik ölkələr daha çox tərəqqi edir, güclütexnologiya, mühəndislik və riyaziyyat (STEM) biliklərinə sahib olmayan ölkələrisə işsizlik və iqtisadi çətinliklər yaşayırlar.

İndiki dəyişikliklər dövründətələbələrin inkişafı üçün onların təhsili üç amil üzərində köklənməlidir:bilik, bacarıq və həyat boyu öyrənmə. Bilik amili STEM biliyi və qlobal rəqabətkimi texniki təhsilə əsaslanan karyeranın dərk edilməsindən başlayır. Gənclərnə etmək istədiklərini, hansı biliyə yiyələnməli olduqlarını və maraqdairələrinin nə olduğunu bilməlidirlər. Bunu etməyin yolu isə məqsədə uyğunfənlərin tədris olunduğu universitetlərə başlamazdan əvvəl karyera planınınhazırlanmasıdır. Bacarıq amili tənqidi düşüncə, komanda işi, əməkdaşlıq vəməsuliyyət kimi keyfiyyətlərin inkişafı ilə yanaşı, problemlərin həlli iləbağlı öyrənilən bilik və bacarıqların tətbiqidir. Həyat boyu “tələbəlik” isəmaariflənmə yollarının araşdırılması, biliyə həvəs, təşəbbüs, uyğunlaşmabacarığı, etik davranış və innovasiyadır. Əgər tələbələr bu üç amilə (bilik, bacarıqvə həyat boyu öyrənmə) yiyələnə bilsələr, o zaman uğur əldə edəcəklər, çünkibunlar texnologiya əsaslı iqtisadiyyat və ya dördüncü sənaye inqilabı üçünuğurun açarıdır.

ƏN YAXŞI KARYERA

Gənclərdə dəqiq elmlər, texnologiya,mühəndislik və riyaziyyata (STEM) maraq azlığının əsas səbəblərindən birikaryera imkanları barədə məlumat qıtlığı, eləcə də STEM sahəsində hansı işlərinmövcud olduğundan xəbərsiz olan müəllim və valideynlərin yanlış tövsiyələridir.Bəziləri hələ də dəqiq elmlər və riyaziyyat öyrənənlərin müəllim, texnologiyaöyrənənlərin isə kompüter və noutbukları təmir edən texnik olduqları barədəköhnəlmiş fikirlərə inanırlar. Bir çox valideyn üçün universitet təhsilininəsas məqsədi övladın məzun olduqdan dərhal sonra iş tapması və işsizlikdən yaxaqurtarmasıdır. Onlar övladlarının doğru seçim olduğunu düşündükləri “etibarlı”bir sahədə təhsil almalarını istəyirlər. Lakin əksəriyyət gəncin nə iləmaraqlandığını və nəyə qadir olduğunu soruşmur. Beləliklə karyeraplanlaşdırılması şəxsin deyil, valideynin seçim və düşüncələrinə əsaslanır.Bəzən də əksəriyyət nə istədiyini, nəyə marağının olduğunu bilmir və valideynseçiminə ümid edir, yaxud da dostların etdiyini təkrarlayır. Məhz buna görədirki, insanlar məzun olduqdan sonra, etdikləri yanlış karyera seçimi ucbatındanxoşagəlməz nəticələrlə üzləşirlər.

Bu gün biz texnologiyanın idarə etdiyibir dünyada yaşayırıq və nəticə etibarilə yaxşı vəzifələrin əksəriyyətinintələb etdiyi elm və texnologiya öndə gedən qüvvələr hesab olunur. Bir neçə ilbundan əvvəl analitiklərdən biri “Wall Street” jurnalında yazırdı: “STEMbilikləri üzrə məzun olmayanlar əmək bazarında iş tapmaqda çətinlik çəkəcəklər.Əgər onlar məktəbə hazırlıqsız və heç bir karyera planı qurmadan getsələr,məhsuldar həyat sürə bilməyəcəklər. Öz təhsilinə texnologiya biliklərinəyiyələnmədən investisiya yatıran bütün məzunlar əmək bazarı üçün tamhazırlıqsız olacaqlar. Bu, fərdlər üçün pis, biznesin inkişafı üçün ondan dapis haldır”.
İllərdir bu fikri müdafiə edirəm ki, dəqiq elmlər və texnologiya bütün sənayesektorlarında ən çox tələb olunan iki elm sahəsidir. Bir çox dillərə tərcüməedilmiş internet səhifəmdə bu mövzuya dair müxtəlif məqalələr yazmışam. Asiyadamüəllimlik etdiyim müddətdə valideynlər tez-tez mənə deyirdilər övladlarımız üçün“ən etibarlı karyera” istəyirik, buna görə də çox diqqətli olmaq lazımdır. Mənisə onlara deyirdim ki, bu gün bütün biznes sahələri sürətli informasiyaaxınına əsaslanır. Öndə gedən şirkətlərin səmərəlilik, məhsuldarlıq və gəliraçarı texnologiyalardan istifadədir. Ona görə də İnformasiya Texnologiyaları(İT) sahəsində təhsil almaq ən etibarlı karyera olar. Bu sahənin məzunlarıistənilən sənaye sektorunda, hər növ işdə işləyə bilərlər.

Tədqiqatlara görə növbəti on il ərzindəmobil cihazların ümumi sayı 1.2 milyarddan 4.5 milyarda kimi artacaq, məlumatınötürülməsi isə ən az min dəfə sürətlənəcək və təbii ki, hazırkı şəbəkə bunadavam gətirməyəcək. İndi üzərində işlənilən texnologiya yeni nəsil mobilşəbəkəsi və ya 5G adlanır və o, hər şeyi dəyişəcək. Bir çox müəssisələr dahayaxşı, çevik internet sürəti və imkanları tələb etdiklərindən bütüntelekommunikasiya şirkətləri öz infrastruktur və şəbəkə arxitekturalarınıtamamilə dəyişməli olacaqlar. Mobil telefonlar, tabletlər, internetə əsaslanancihaz idarəetmə sistemləri və digər applikasiyalar kimi qoşulmuş cihazlarıoptimallaşdırmaq məqsədilə 5G şəbəkəsinin bütün xüsusiyyətlərini dəstəkləməküçün şirkətlərin daha çox texniki işçilərə ehtiyacı yaranacaq. Şəbəkəmühəndisliyi, bulud hesablamaları, mobil applikasiyaların yaradılması, proqrammühəndisliyi, məlumat analitikası, maşın öyrənməsi və s. bacarıqlara sahibuniversitet məzunlarına yüksək tələb yaranacaq.

Bu gün yüksək yexnologiya termini əsasənüç mühüm texnologiyanı bildirir: İnformasiya, Bio və Nano. Bu texnologiyalardanadətən yüksək dəyərə malik yeniliyin cəmiyyətə təqdim olunması zamanı istifadəolunur. Yüksək yexnologiyanın sürətli inkişafından yararlanmaq üçün bizgəncləri dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrəmaarifləndirməliyik ki, onlar texnoloji cəhətdən dəyişən dünya ilə asanlıqlaayaqlaşa bilsinlər. Bu isə o deməkdir ki, ibtidaidən aliyədək bütün təhsilproqramları STEM bilikləri üzrə tələbələr hazırlamalıdırlar. Son dövrlərdəəksər insanlar fərdi komputer və smartfonlarda (ağıllı telefon) informasiyatexnologiyalarının təsirini görüblər, lakin bu hələ başlanğıcdır. Tədqiqatlaboratoriyalarında hazırlanan, lakin hələ kommersiyalaşdırılmamış bir çoxmükəmməl vasitələr mövcuddur.

Yüksək texnologiya sahələri STEM üzrəbacarıqlı işçilər tələb edir, odur ki, gələcək illərin tələbini qarşılamaq üçünbu bacarıqları inkişaf etdirmək vacibdir. Texnologiya dünyası xüsusi inkişaflarvə tələblər yarada bilər. Bu karyera sahələri üzrə təhsil alan tələbələr ənyaxşı iş imkanları əldə edəcəklər. Əgər siz də həmin insanlar arasında olmaqistəyirsinizsə, öz təhsilinizi STEM əsasında qurmalısınız. Beləliklə, daiminkişaf edən çağırış və imkanlara hazır ola bilərsiniz.

SAHIBKARLIQ CIDDI BIR MƏSƏLƏDIR

Bir çox dünya liderləri STEM təhsilinin vəsahibkarlığın iqtisadiyyatın inkişafı üçün əsas amillər olduğunu anlayırlar.Onlar bilirlər ki, sahibkarlıq bacarıqlarının və startap biznesin qabağagetməsində STEM təhsili əhəmiyyətli rol oynayır. Ötən bir neçə il ərzindəstartap biznesi kiçik biznesin qurulması ilə qarışdırılırdı. Həqiqət isə budurki, sahibkarlıq texnologiya ilə əlaqələndirilir və əksər startaplar ənənəvikiçik bizneslər deyil, sürətlə inkişaf edən, yüksək gəlirli iş təklif edən vəyerli iqtisadiyyata töhfə verən texnologiya ilə bağlıdır.
Hətta bu gün də sahibkarlıq ciddi təhsil tələb edən bir sahə deyil, əsas təhsilsistemindən kənar, əlavə fəaliyyət sahəsi kimi öyrədilir. Mən isə bunun yanlışolduğunu düşünürəm. İqtisadiyyatın inkişafı üçün sahibkarlıq fizika, kimya vəriyaziyyat kimi əsas bir fənn olaraq keçilməlidir.

Bugün yaşadığımız dünya dünənkindən fərqlidir. Sabah isə bugünkündən əhəmiyyətlidərəcədə fərqlənəcək. Axı texnologiya bizim çoxumuzun düşünmə bacarığından dahaböyük sürətlə təkamül edir. Texnoloji problemləri həll edə biləcək texnikisahələr üzrə ixtisaslaşmış kadrlar yetişdirmək üçün orta məktəbdən universitetəqədər təhsil sistemində təşəbbüskar düşünmə təşviq edilməlidir. Problemlərinhəllinə yönəlmiş sahibkarlıq düşüncə və bacarıqlarının inkişafını təşviq edən yenitədris üsulları tətbiq olunmalıdır. Zəngin olmaq üçün sahibkar olmaq anlayışıproblemləri, xüsusilə də başqalarının edə bilməyəcəyi çətin məsələləri həlletmək qabiliyyəti ilə əvəzlənməlidir. Bu, təşəbbüskar düşüncə tərzinin əsasmahiyyətidir və gənclər məhz bunu öyrənməklə cəmiyyətdə fərqliliklər yaradabiləcək yenilikçi insanlar kimi yetişəcəklər.

Şagirdproblemlərin qorxub şikayətlənməli bir amil deyil, potensial imkanlar olduğunuöyrənməlidir. Onlar özlərindən soruşmalıdırlar: “Mən bu məsələni necə həll edəbilərəm? Məndən başqa nə qədər insan bu problemlə üzləşir? Nə üçün həll edəbilmirlər? Məsələ nədədir? - Onlar doğru sualları verməklə analiz etməyiöyrənəcək, imkanları və seçimləri müəyyən edəcəklər. Bütün uğurlu sahibkarlarkaryeralarına eyni sualla başlayırlar: “Həll etməli olduğum məsələ nədir?”.
Bir dəfə tələbələr mənə Stiv Cobs və ya Bill Qeyts olmaq istədiklərini dedilər,mən isə onlardan soruşdum: “Stiv Cobs Apple-ni yaratmadan öncə necə biri idi?Onun üç başı və ya altı qolu var idi? Xeyr, o, sizin kimi adi bir insan idi.Fərq onun məsələyə yanaşması və özünə “Mən bu məsələni necə həll edə bilərəm”sualını verməsi idi”. Məsələnin həllinə yönəlmiş hər şeylə maraqlanan beyni onukiçik bir kompyuter yaratmağa vadar etdi və bunu bahalı Meynfreym EHM-ləralmağa gücü çatmayan insanlar üçün həll yolu olaraq bir neçə min dollara satdı.

Texnologiyaəsaslı bu dünyada iqtisadiyyatın inkişafı üçün ən yaxşı üsul yeni məhsullaryaradan, yeni bizneslər quran, yeni iş yerləri təklif edən, iqtisadiyyatı inkişafetdirən və əhalinin yaşayış səviyyəsini qaldıran daha çox yenilikçi vəsahibkarlara sahib olmaqdır. Bütün bunlar elm və texnologiyanın təməlininmöhkəm qoyulması istiqamətinə yönəlməklə insanların maariflənməsinə fərqlişəkildə yanaşmaqdan başlayır və problemlərin həlli üzərinə köklənir. Məninanıram ki, sahibkarlar cəmiyyətin tərəqqisi üçün zəruri olan, gələcəyinmüasir biliklərə sahib bir cəmiyyətini yaradan, yeni iqtisadiyyatındəstəkverici qüvvələridir. 

Mənbə: https://www.muallim.edu.az/news.php?id=8283

 

6 dəfə oxunub