Yataqxana 26 il sonra tələbələrini qəbul edib

Bu gün UTECA tələbələrinin bir qismi yataqxanaya yerləşdirilib.Rektor, professor Akif Süleymanov yataqxananın açılışında iştirak edib və otaqlarınaçarlarını tələbələrə təqdim edib. Yeni yaradılan şəraitlə tanışlıq zamanırektor tələbələrə yataqxana qaydalarına əməl etməyi, dərslərə daha ciddihazırlaşmağı tövsiyə edib.

Azərbaycan Texnologiya Universitetinin 1000 tələbəlikyataqxanası iki korpusdan ibarətdir. Onlardan biri 1981, digəri isə 1989-cu ildəinşa edilərək istifadəyə verilib. 1993-cü ildən hər iki binada məcburi köçkünlərməskunlaşıb. 2013-cü ildə məcburi köçkünlər onlar üçün salınan yeni yaşayışmassivinə köçürülüb.

Uzun zaman istifadəyə yararsız qalan yataqxananın birhissəsi Texnologiya Universitetinin daxili imkanları hesabına bərpa edilib. Həriki binanın dam örtüyü yenilənib, bir mərtəbədə əsaslı təmir və yenindənqurmaişləri aparılıb. Burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlarzəruri məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Yataqxananın həyətindəyeni yaşıllıq zonası salınıb. Ərazidə futbol meydançasının qurulması daplanlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində təhsilalan tələbələrin 60%-i ayrı-ayrı bölgələrdəndir.

 

 

24 dəfə oxunub