ATU Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsində ön sıralarda yer alıb

Azərbaycan Texnologiya Universiteti Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqası 2022-2023-cü il yarış mövsümünün final mərhələsi keçirilib

Azərbaycan Texnologiya Universiteti ilə Göygöl Rayon Olimpiya İdman Kompleksinin komandası üç və dördüncü yerlər uğrunda mübarizə aparıblar.

Gərgin mübarizə ilə keçən oyunda Azərbaycan Texnologiya Universitetinin komandası 69:68 hesabı ilə qalib gələrək liqa yarışlarında üçüncü yerə çıxıb.

Onu da qeyd edək ki, Gəncə Regional Kollecin komandası ilə Telekom Basketbol İdman Klubunun komandası final mərhələdə birinci və ikinci yerlər uğrunda mübarizəni davam etdirəcəklər.

124 dəfə oxunub