UTECA Zəyəm Texnologiyalar Parkı ilə əməkdaşlığa başladı

ZəyəmTexnologiyalar Parkı (ZTP) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA)arasında memorandum imzalanıb. Əməkdaşlıq memorandumunu ZTP-nin baş direktoruElxan Hacıyev və UTECA-nın rektoru, professor Akif Süleymanov imzalayıblar.

Sənəddə təcrübəvə imkanlardan qarşılıqlı faydalanma, elmi-praktik əlaqələrin qurulması,texnologiya transferinin həyata keçirilməsi, kadr hazırlığı və s. məsələlər oz əksinitapır.

Bununla da AzərbaycanTexnologiya Universitetinin Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində əməkdaşlıqetdiyi müəssisələrin sayı 33-ə çatıb.

ZəyəmTexnologiyalar Parkı ASC Şəmkirdə yerləşir. Layihələndirmə işlərini həyata keçirən zavoddatəzyiq altında tutumlar, qaldırıcı qurğular, istilik qazanları, yeraltı vəyerüstü çənlər, müxtəlif növ kənd təsərrüfatı texnikası, müasir tipli istixanakompleksləri və bina-körpülərin ağır metal konstruksiyaları istehsal edilir. MüəssisəAvropa və Asiya istehsalı ən son texnoloji avadanlıqlarla təchiz olunub. 


11 dəfə oxunub