Azərbaycan Texnologiya Universiteti tərəfdaş olduğu Erasmus+ KA2 “REFRESH” layihəsinin təqdimat tədbirində iştirak edib

Azərbaycan Texnologiya Universiteti tərəfdaş olduğu Erasmus+ KA2 “REFRESH” layihəsinin təqdimat tədbirində iştirak edib

Tədbirdə Azərbaycan Texnologiya Universitetini rektor v.m.i.e. dos Yaşar Ömərov və tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil edib.

“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” mövzusunda qalib olan layihənin təqdimatında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, SDU, MDU, LDU, ATU-nun rektorları, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov və layihədə tərəfdaş qismində iştirak edən bölgə universitetlərinin nümayəndələri iştirak ediblər.

Ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir. Layihənin konsorsiumu 6 yerli, 4 Avropa universiteti olmaqla, 15 yerli və xarici təşkilatdan ibarətdir.

 

 

64 dəfə oxunub